Turizmdə reytinq dəyişib! Türkiyə tarixində ilk dəfə İtaliyanı keçib
Pandemiya dövründə tətbiq etdiyi "Təhlükəsiz Turizm Sertifikatı" ilə turizmdə yeni sıçrayış edən Türkiyə tarixində ilk dəfə İtaliyanı keçib.Uzun illər dünya turizmində ilk 10-da, son illərdə isə ilk 5-də olan Türkiyə bu il ilk dəfə ilk 3-lüyə daxil olmağı bacarıb.
Marja xəbər verir ki, Antalya Şəhər Şurası Turizm İşçi Qrupunun sədri Rəcəb Yavuz Dünya Turizm Təşkilatının (UNWTO) 2022-ci ilin turizm hesabatı haqqında məlumat verib.
Yavuz bildirib ki, bu il dünya turizm reytinqində ciddi dəyişikliklər var. Pandemiyadan əvvəl ilk 10-luqda olan ölkələrin bəziləri kənarda qalıb, siyahıya yeni ölkələr daxil olub.
Yavuz, Türkiyənin İtaliyanı geridə qoyaraq tarixində ilk dəfə Dünyada 3-cü yerə yüksəldiyini qeyd edib:
"Bu il ən çox turist qəbul edən ilk 3 ölkə - Fransa, İspaniya və Türkiyə olub. İlk dəfə olaraq ilk 10-luğa İsrail və Yunanıstan da daxil olub”, - deyə o bildirib.
UNWTO-nun açıqladığı məlumatlara görə, Fransa 82 milyon, İspaniya 74 milyon, Türkiyə 51 milyon, İtaliya 50 milyon, ABŞ 50 milyon, Meksika 40 milyon, Yunanıstan 29 milyon, İngiltərə 28 milyon, İsrail 27 milyon, Almaniya 25 milyon nəfər turist qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























