Ziraat Bank Azərbaycan artıq 8 ildir xidmətinizdə!
(®) Türkiyə Respublikasının 159 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC 8 il bundan öncə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30.12.2014-cü il tarixli 255 saylı lisenziyası əsasında fəaliyyətinə başlamışdır.
8 illik fəaliyyəti ərzində Bank öz müştəriləri ilə etibarlı tərəfdaşlıq yaradaraq ölkənin aparıcı bankları sırasına mühüm iştirakçılardan biri kimi daxil olmuşdur.
Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 7 filial və rəqəmsal xidmət kanalları vasitəsi ilə pərakəndə və biznes seqmentindən olan müştərilərinə geniş çeşidli xidmətlər təqdim edir.
“Ziraat Bank Azərbaycan” ASC 8 illik fəaliyyəti dövründə real sektorun inkişafı üçün bank dəstəyinin təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyən etmişdir. Ziraat Bank Azərbaycanın Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olması onu ticarətin maliyyələşdirilməsi istiqamətində müqayisəli üstünlüklərlə təmin edir. Belə ki, Ziraat Bank Azərbaycan xarici ticarətdə istifadə edilən Akkreditiv və Bank zəmanət məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir.
Bununla yanaşı, Ziraat Bank Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilmənin də həyata keçirilməsini təmin edir. Təsadüfi deyil ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
“Ziraat Bank Azərbaycan” ASC-nin rəqəmsal bankçılıq istiqamətində də bir çox uğurlarını vurğulamaq olar. Rəqəmsal satış və xidmət platformaları sayəsində Bankın müştəriləri qeyri-iş günlərində də bir çox bank əməliyyatlarını banka gəlmədən, rahatlıqla İnternet və Mobil Bankçılıq üzərindən həyata keçirə bilirlər.
Müştəriləri üçün hər zaman Bir Bankdan Daha Artıq olmağı hədəfləyən Ziraat Bank Azərbaycanı 8 yaşı münasibəti ilə təbrik edir və uzun illər müştərilərinin xidmətində olmasını arzu edirik!
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)








.jpg)









