Fondlara dəstək verən şirkətlərə vergi güzəştləri veriləcək - VİDEO
2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri ilə bağlıdır.
Dövlət Vergi Xidmətinin əməkdaşı Elvin Maqsudov bildirib ki, dəyişiklikdə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində müəyyən edilmiş güzəştin paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilməsi, eyni zamanda bu güzəştin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılan fondların siyahısının müəyyən edilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, ölkəmizdə elm, təhsil, mədəniyyət, tibb və idmanın inkişafı üçün bir sıra vergi güzəştləri müəyyən edilib. Belə ki, vergi ödəyiciləri tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən və hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azad edilib. Daha sonra güzəştin dairəsi genişləndirilib, əlavə olaraq vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (“Yaşat” fondu, “Qarabağ Dirçəliş Fondu” və s.) köçürülən hissəsi də 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azad edilib.
Bununla belə, qeyd olunan istiqamətdə vergi güzəştinin əhatə dairəsinin genişləndirilməsi və sosial korporativ məsuliyyət çərçivəsində dövlət müəssisələri tərəfindən çəkilən belə xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması məqsədilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də bu güzəştin tətbiqi nəzərdə tutulur.Sözügedən dəyişiklik dövlətə məxsus olan hüquqi şəxslərin sosial istiqamətlərdə maliyyə yardımın edilməsində maraqlı olmasına və eyni zamanda həmin sahələrin maddi gəlirlərinin artmasına səbəb olacaq.
Digər bir dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılan fondlarla bağlıdır. Belə ki, hazırda yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan fondlara edilən köçürmələr vergidən azaddır. Qanunvericiliyə olunmuş dəyişikliklə ölkə başçısının müvafiq qərarı ilə yaradılmayan, lakin müəyyən ediləcək siyahı üzrə ictimai və sosial məqsədli bir sıra digər fondlara edilən ödənişlərə də güzəşt tətbiq olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
4 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM














.jpg)










