Ərdoğan Putinlə qaz qovşağı layihəsini müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaz qovşağı layihəsini müzakirə edib və yol xəritəsi üzərində işlərin tezliklə başa çatacağına ümid etdiyini bildirib.
“Danışıqlar zamanı prezident Ərdoğan bəyan edib ki, Ankara Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirib və gücləndirməkdə davam edir. Türkiyə tərəfi mümkün qədər tez “yol xəritəsi”ni tamamlamağa və onun həyata keçirilməsi üçün konkret addımlar atmağa çalışır”, - məlumatda deyilir.
Bundan əvvəl, Putin və Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması məsələsini təfərrüatlı şəkildə işləməyi tapşırıblar.
"Söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və nəqlin artırılmasından gedir", deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, burada başqa ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





