McDonald's Qazaxıstanda fəaliyyətini dayandırdı
ABŞ-ın fast food restoranları şəbəkəsi McDonald's Qazaxıstandakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Marja xəbər verir ki, McDonald's-ın Qazaxıstan ofisindən verilən açıqlamada deyilir:
"Food Solutions KZ LLP" tərəfindən idarə olunan McDonald's restoran şəbəkəsi tədarük məhdudiyyətləri səbəbindən McDonald's brendi altında Qazaxıstanda fəaliyyətini dayandırıb".
Açıqlamada restoranların yeni adla fəaliyyətə başlayacağı tarixin yaxın zamanda açıqlanacağı qeyd edilib.
Qazaxıstandakı McDonald's restoranları 18 Noyabr 2022-ci il tarixindən etibarən yerli təchizat məhdudiyyətləri səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığını açıqlamışdı.
2016-cı ildə ilk restoranını açan McDonald's-ın Qazaxıstanda təxminən 2000 işçisi olan 24 restoranı var.
McDonald's-ın Qazaxıstan bazarını tərk etməsinin səbəbi ölkədəki restoranları idarə edən şirkətin (françayzi olan Food Solutions KZ LLP) Rusiyadan ət ala bilməməsidir. Amerika şirkəti McDonald's, Ukraynaya hücumi ilə əlaqədar olaraq Rusiyanı tərk etdikdən sonra Qazaxıstandakı françayzinin Rusiyadan ət (kotlet) almasına qadağa qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




