Məşhur dərman istehsalçısı saxta preparatla bağlı Azərbaycana müraciət edib
Danimarka dərman istehsalçısı: "Azərbaycanda satılan "Ozempik" preparatı saxtadır".Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.
Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilib ki, Ozempik® preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik® 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur. Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır.
Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistan saxtalaşdırılma halları qeydə alınıb.
Şirkət saxta Ozempik® 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə də tövsiyələrini verib:
İnsulin istehsalçısı tərəfindən istifadə edilən, insulinlə müalicə üçün nəzərdə tutulmuş şpris-qələm
Maksimum 80 vahid bölgüyə malik doza sayğacının olması (orijinal Ozempik® şpris-qələmində cəmi 3 bölgü şkalası mövcuddur: 0,25 mq, 0,5 mq və 1,0 mq) Sıxdıqda, iynədən kəskin insulin qoxusuna malik olan maye axır “Novo Nordisk A/S” şirkəti həm səhiyyə mütəxəssislərinə, həm də pasiyentlərə preparatı aptekdən əldə edərkən Ozempik® şpris-qələminə xüsusilə diqqət yetirmələrini israrla tövsiyə edir.
Preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər:
"“Novo Nordisk A/S” şirkəti səhiyyə mütəxəssislərinə preparat istifadə edilənə qədər saxta məhsulun müəyyən edilməsi üçün Ozempik® preparatının qablaşmasının içindəkiləri pasiyentlə birlikdə nəzərdən keçirmək imkanından istifadə etməyi tövsiyə edir və saxta məhsullar aşkar edildikdə, bu cür hallar barədə şirkətin elektron poçt ünvanına ([email protected]) məlumat verməyi israrla xahiş edir.
Novo Nordisk şirkəti bu vəziyyəti yaxından izləyir və Ozempik® preparatının saxtalaşdırılması ilə bağlı məlum olan istənilən informasiyanın təqdim edilməsinə görə öncədən minnətdarlığını bildirir" - müraciətdə qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























