Rusiyada 2022-ci ildə rekord meyvə və giləmeyvə yığılıb
Rusiyada 2022-ci ildə meyvə və giləmeyvə yığımı 2021-ci ilin göstəricisi ilə müqayisədə 5% artaraq 1,5 milyon tona çatıb.
Marja xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
"İlkin məlumata görə, ötən il təsərrüfatlar 1,5 milyon tondan çox məhsul [meyvə və giləmeyvə] toplayaraq istehsalı üzrə rekordu yeniləyiblər. Bu, 2021-ci illə müqayisədə 5% çoxdur", - məlumatda deyilir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, istehsalın artımı ilk növbədə müasir intensiv meyvə bağlarının və tingliklərin salınmasının yüksək tempi ilə bağlıdır (2022-ci ildə 11 min hektara yaxındır). Nazirlik hesab edir ki, bu, meyvə və giləmeyvə məhsuldarlığını daha da artırmağa, idxalın həcmini azaltmağa imkan verəcək.
Ənənəvi olaraq, bu seqmentdə aparıcı bölgələr Krasnodar, Stavropol, Kabardin-Balkar, İnquşetiya, Voronej, Volqoqrad və Lipetskdir. Rusiyada yetişdirilən əsas meyvə və giləmeyvə növləri alma, gavalı, gilas, ərik, qarağat, moruq və bağ çiyələkləridir. Bundan əlavə, son illər qaragilə istehsalı aktiv şəkildə inkişaf edir.
HƏMÇİNİN OXU: 2022-ci ildə Rusiyada istixana tərəvəzlərinin istehsalı rekord həddə çatıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)


















.jpg)