Saatlıdakı intensiv alça bağından bu il 50 tona yaxın məhsul götürülməsi hədəflənir
Saatlıda yerləşən intensiv alça bağında mövsümə uyğun aqrotexniki qulluq işlərinə başlanılıb.
14 hektar ərazidə salınan intensiv alça bağı Saatlı rayonunun Qaralar kəndində yerləşir. Bağda Naxçıvan göycəsi adı ilə tanınan alça növü yetişdirilir. Ağaclardan bol məhsul götürmək üçün 15 günə yaxındır mövsümi qulluq işlərinə start verilib. Dördüncü yaş dövründə olan ağacların artıq budaqlardan təmizlənməsi işləri görülür.
Aqronom Murat Yurtal bildirir ki, aqrotexniki qaydalara uyğun olaraq ağaclarda bir neçə bar budağı saxlanılır. Bar budaqlarının Günəş şüası qəbul edə bilməsinə diqqət yetirilir: “Ağacların orta ömrü 20 il nəzərdə tutulub. Budama edirik ki, ağaclar bu müddətdə eyni keyfiyyətdə, eyni məhsuldarlıqda məhsul verə bilsin. Həmçinin bu, xəstəliklərə, ziyanvericilərə qarşı da effektivdir. Ağaclar budandıqda yaxşı Günəş işığı qəbul edir, budaqlararası havalanma sürətlənir və nəmişlik olmur. Budama işləri bitdikdən sonra aqrotexniki qaydalara uyğun olaraq digər işlər görüləcək”.
Bağdan torpağın ehtiyacı olan mineralların öyrənilməsi üçün analiz də götürüləcək. Bununla da torpağa lazım olan makro və mikro elementlər məlum olacaq. Prosesin daha keyfiyyətli aparılması üçün damcılı suvarma şəbəkəsindən də istifadə ediləcək. Mayalanma prosesi də nəzərə alınıb. Belə ki, bu prosesin əlverişli hava şəraiti olarsa, bal arısı, digər halda isə istixanalarda istifadə olunan bombus arıları ilə aparılması nəzərdə tutulub.
Saatlının iqlimi məhsulun daha tez yetişməsinə və bazara daha tez çıxarılmasına imkan verəcək.
Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ötən il bağdan 30 ton məhsul tədarük olunub. Cari ildə isə hədəf 50 tona yaxın məhsul götürülməsidir. Onun sözlərinə görə, ötən il yığılan məhsulun ölçüsü nisbətən kiçik olmuşdu. Ona görə də bazarda tələbat az idi. Bu il isə buna xüsusi diqqət yetirilir. Görülən qulluq işləri məhsulun keyfiyyətinə və ölçüsünə də təsir göstərəcək.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 19 d. əvvəl
-
- 43 d. əvvəl
-
48 d. əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 52 d. əvvəl
-
53 d. əvvəl
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
-
59 d. əvvəl
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
-
1 saat əvvəl
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Ən çox oxunanlar
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Tramp: FED-in faiz artırması yanlış olar
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN





















