Dekabrda kapitalı artırlan “CPM-İnvest"dən 400 min manat geri götürülür
2022-ci ilin dekabr ayında nizamnamə kapitalı 2 dəfə artırılaraq 800 min manata çatdırılmış “CPM-İnvest İnvestisiya Şirkəti” ASC, qısa müddət sonra, 10 Yanvar 2023-cü ildə nizamnamə kapitalının 2 dəfə azaldılacağını elan edib.“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 2 dəfə azaldılaraq 800 min manatdan 400 min manata endirilir.
Marja.az xəbər verir ki, bu barədə Şirkətdən bildirilib.
“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalının azaldılaraq 400 000 Azərbaycan manatı məbləğində müəyyən edildiyini elan edir",- Şirkətin məlumatında deyilir.
27 dekabr 2022-ci il tarixində açıqlanmış məlumata görə, 23 dekabr 2022-ci il tarixində ticarətə buraxılan “CPM İnvestisiya Şirkəti” ASC-nin AZ1001023204 dövlət qeydiyyat nömrəli, 400 min manat həcmində, faizli təmin edilməmiş adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb. Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 400 min manat təşkil edib. Səhmlərin yerləşdirilməsi nəticəsində “CPM İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 2 dəfə artaraq 800 min manata çatıb.
Yerləşdirməyədək “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 100% payla səhmdarı Məmmədova Kəmalə Qələndər qızı idi.
Qeyd edək ki, 2022-ci il ərzində 4 milyard 264 milyon 72 min 581 manat dövriyyə ilə "CPM-İnvest İnvestisiya Şirkəti" QSC investisiya şirkətləri arasında 3-cü yeri tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
27 san. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 19 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Fevralın 11-də gözlənilən hava şəraiti




























