Xaçmazda ekzotik quşlar təsərrüfatı - "Böyüklərini 300-350 manata satmışam"
Qafqaz qırqovulu, tovuzquşu, yapon toyuqları, kəklik, tutuquşu, linda, xalmaqor qazları... Bunlar hansısa zooparkda saxlanılan ekzotik quşların siyahısı deyil. Bu quşları Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev öz təsərrüfatında bəsləyir.
İxtisasca mühəndis olan 70 yaşlı Ömər Hacıbalayev 10 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quşları saxlayır. Bir vaxtlar Baykal-Amur magistralının tikintisində belə işləmiş təcrübəli mütəxəssis uşaqlıqdan quşlara, heyvanlara xüsusi diqqətlə yanaşıb. On yaşı olanda şəhər evində tutuquşu, bülbül və balıqlar saxlayıb. Bir vaxtların hobbisi indi onun əsas məşğuliyyətidir.
Ömər Hacıbalayevin fermasındakı quşların sayı 100-ə yaxındır. Təsərrüfatında ümumilikdə 25 növ ekzotik quş var.
“Əvvəllər bu quşları yalnız maraq üçün saxlayırdım. İndi bu məşğuliyyətdən gəlir əldə edirəm. Ən bahalısı tovuzquşlarıdır. Böyüklərini 300-350 manata, balalarını isə 100-150 manata satmışam. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir. Qırqovulları alıcılara 25 manata təklif edirəm. Ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır. Heyratı, brahma toyuqların yumurtalarını istəyənlər də çoxdur”, - deyə təsərrüfatçı söyləyir.
Ömər Hacıbalayev ekzotik quşların bəslənilməsinin çətin olmadığını bildirir. Amma bu quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.
“Bəzi quşları ətinə görə saxlayıram. Xalmaqor qazlarına bizim yerli qazlarla eyni yem verirəm. Yerli qazlar 3-3,5 kiloqram, xalmaqor qazları isə 8-9 kiloqram ət verir. Quşlardan başqa, heyvandarlıq təsərrüfatım da var. Orada da yerli heyvanlarla yanaşı, xarici ölkədən gətirilən qoyun və keçilər saxlayıram. Əsas dolanışığım təsərrüfatdan çıxır”, - deyə o bildirib.
Ömər Hacıbalayev təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















