Kapital Bank sahibkarlar üçün yeni şöbə açdı
®️ Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlara göstərilən xidmətləri daha əlçatan və rahat etmək üçün Bakı KOB evində yeni şöbəsini açdı.
Yeni KOB şöbəsi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə ünvanında fəaliyyət göstərir.
KOB şöbəsində müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar kimi bir çox bank məhsulları və xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, Kapital Bank bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























