Alüminiumun kəskin bahalaşacağı gözlənilir
Alüminium qiyməti "Goldman"ın proqnozunu açıqladıqdan sonra 7 ayın ən yüksək səviyyəsinə qalxıb.ABŞ-ın iri investisiya bankı və maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group" alüminium üçün proqnozunu artırdıqdan sonra metalın qiyməti iyun ayından bəri ən yüksək səviyyəyə qalxıb. Analitiklər qiymətin 3000 dollar/tonu keçəcəyini gözləyirlər.
Marja xəbər verir ki, avtomobildən tutmuş elektronikaya qədər bir çox sahədə istifadə edilən alüminiumun Avropa və Çində artacaq tələb ilə kəskin bahalaşacağı gözlənilir.
"Goldman Sachs"ın analitikləri qiymət proqnozlarını yuxarıya doğru nəzərdən keçirərək Londonda satılan metalın qiymətinin bu il orta hesabla 3125 dollar/ton olacağını bildiriblər. Bu, hazlrkı qiymətlərdən 20 faiz yüksəkdir. Goldman analitikləri bu rübdə alüminium çatışmazlığının daha da artacağını proqnozlaşdırdılar.
Alüminium artan tələbat ilə bir çox adi metallarla birlikdə ilin əvvəlindən etibarən bahalaşmaqdadır. Bu bahalaşmaya Çinin Covid-19 məhdudiyyətlərini yumşaldacağı və FED-in faiz artırmağı yavaşladacağı gözləntiləri səbəb olub.
Bu gün alüminiumun qiyməti 1,2 faiz artaraq bir ton üçün 2627 dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























