Baş direktorların tənəzzül narahatlığı
Dünya İqtisadi Forumunun iclasları davam edərkən, şirkət direktorları və iqtisadçılar 2023-cü ilin qlobal iqtisadi vəziyyət ilə bağlı pessimist proqnozlar verirlər.Dünya İqtisadi Forumu tənəzzül bədbinliyi kölgəsində İsveçrənin Davos şəhərində işinə başlayıb.
Forumda PWC-nin oktyabr və noyabr aylarında 4410 baş direktorun (CEO) iştirakı ilə keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Marja.az hesabata istinadən xəbər verir ki, CEO-ların 73 faizi qlobal iqtisadi artımın yaxın 12 ayda düşəcəyini proqnozlaşdırıb. Beləliklə, 2011-ci ildən bəri aparılan sorğuda ən bədbin nəticə əldə edilib.
Baş iqtisadçıların iştirak etdiyi ayrıca sorğuda da tənəzzül gözləntiləri önə çıxıb. İqtisadçıların üçdə ikisi şirkətlərin xərcləri azaltması səbəbindən 2023-cü ildə dünya miqyasında resessiya gözlədiklərini bildiriblər. İqtisadçıların 18%-i qlobal artımın azalmasının “son dərəcə mümkün” olduğunu düşünür.
Çin iqrtisadiyyatının artması ümid işığıdır
Çin, Covid tədbirləri ilə əlaqədar olaraq 2022-ci ili 1970-ci illərdən bəri ən aşağı iqtisadi artımla bağlasa da, dördüncü rübdə gözləniləndən daha yaxşı artım 2023-cü ilə dair ümid verib.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı 2022-ci ildə 3 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























