Bank “Bakı KOB evi”ndə filialını açdı
Bank Respublika 31-ci filialını “Bakı KOB evi”ndə istifadəyə verib.(®) Bu il fəaliyyətinin 5-ci ildönümünü qeyd edən, ölkəmizdə sahibkarlığın fəaliyyətinin dəstəklənməsində, dövlət və özəl qurumların bu sahədə xidmətlərinin əlaqələndirilməsində və KOB-ların inkişafı istiqamətində mühüm işlər görən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və fəaliyyətinin prioritet istiqaməti real sektorun maliyyələşdirilməsi olan Bank Respublika arasında olan əməkdaşlıq çərçivəsində növbəti addım atılmışdır.
Belə ki, Bank, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış yeni “Bakı KOB evi”ndə özünün növbəti filialını istifadəyə verib.
Sahibkarların həm dövlət həm də özəl sektorda fəaliyyət göstərən qurumların xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunduğu 29 dövlət və 20 özəl qurumun təmsil olunduğu “Bakı KOB evi”ndə özünün 31-ci filialını açmaqla Bank Respublika da sahibkarlara geniş spektr xidmətlər təklif edərək öz töhfəsini verəcək.
Qeyd edək ki, “Bakı KOB evi” ölkəmizdə biznes subyektləri üçün operativlik, şəffaflıq və rahatlıq prinsiplərinə, müasir innovasiyalara əsaslanan “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin göstərildiyi vahid məkandır.
Yeni filial – Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərəcək. “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 31 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























