Azərbaycan ən çox Rusiya, Türkiyə və Çindən mallar alıb
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,5 faizi Çin ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 184 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 172 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 51 milyard 229,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 38 milyard 347,7 milyon dollarını və ya 74,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 12 milyard 881,5 milyon dollarını (25,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 25 milyard 466,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7 faiz, real ifadədə 7,9 faiz, o cümlədən ixrac 11,2 faiz, idxal isə 1,2 faiz artmışdır.
2022-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə 4,8 faiz artaraq 2 milyard 688,4 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,0 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,6 faizi Rusiya, 3,9 faizi Çin, 3,8 faizi Hindistan, 3,3 faizi İsrail, 2,8 faizi Yunanıstan, 2,4 faizi Almaniya, hər biri 2,0 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, 1,9 faizi İspaniya, 1,6 faizi Çexiya, 1,5 faizi Portuqaliya, hər biri 1,4 faiz olmaqla Gürcüstan və İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan və ABŞ, 1,0 faizi Vyetnam, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 48,0 faizini İtaliyaya, 9,1 faizini Türkiyəyə, 4,6 faizini Hindistana, 4,3 faizini İsrailə, 3,7 faizini Yunanıstana, 2,6 faizini Xorvatiyaya, 2,4 faizini Rusiyaya, 2,3 faizini İspaniyaya, 2,1 faizini Birləşmiş Krallığa, hər biri 2,0 faiz olmaqla Portuqaliya və Çexiyaya, 1,7 faizini İndoneziyaya, 1,6 faizini Almaniyaya, 1,5 faizini Gürcüstana, 1,2 faizini Tunisə, hər biri 1,1 faiz olmaqla Vyetnam, İrlandiya, İsveçrə və Rumıniyaya, 1,0 faizini Ukraynaya, 5,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,5 faiz), Gürcüstana (6,8 faiz), İsveçrəyə (6,2 faiz), Qazaxıstana (3,3 faiz), ABŞ-a (2,5 faiz), Niderlanda (2,4 faiz), Rumıniyaya (2,2 faiz), Bolqarıstana (2,0 faiz), İtaliyaya (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,4 faiz), Belarusa (1,2 faiz), Hindistana (1,1 faiz), Çinə (1,1 faiz), Latviyaya (1,0 faiz), Birləşmiş Krallığa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,5 faizi Çin, 4,5 faizi Almaniya, 3,6 faizi Qazaxıstan, 3,4 faizi ABŞ, 3,3 faizi İran, 3,2 faizi Türkmənistan, 2,3 faizi İtaliya, 2,0 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Belarus, Ukrayna və Koreya, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Fransa, 1,5 faizi Hindistan, 1,3 faizi Braziliya, hər biri 1,0 faiz olmaqla Finlandiya və Özbəkistan, 15,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
14 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
15 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Ən çox oxunanlar
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası






















