Unicapital-dan həftəlik analiz
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracında tələb təklifi 2.7 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 9.15% olmuşdu. Bundan öncəki 2 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 9.26% idi.
- AR Maliyyə Nazirliyi yanvar ayında nəzərdə tutulan emissiya planını açıqlayıb. Bu həftə 50 milyon AZN həcmində 1 illik və növbəti həftə də 50 milyon AZN həcmində 3 illik istiqrazların hərracları nəzərdə tutulub. Qeyd edək ki, AR Maliyyə Nazirliyi 2 illik istiqrazlarında faiz dərəcəsini 4.5%-dən 6.0%-ə qaldırıb. 3 illik istiqrazlarında da faiz gəlirlərində artım gözlənilir.
- AR Mərkəzi Bankının notlarının gəlirliliklərində ötən həftə də artım müşahidə edilib. 28 günlük və 84 günlük notlarda gəlirliliklər müvafiq olaraq, 6.32%- dən 6.70%-ə və 7.38%-dən 7.69%-ə qalxmışdır. 168 günlük və 252 günlük notların gəlirliliklərində əsaslı dəyişiklik olmamış, hərraclar müvafiq olaraq, 8.22% (bundan öncə 8.16%) və 8.94% (bundan öncə 8.91%) orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
- Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. 2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9% təşkil edib. Ərzaq inflyasiyası 19.5%, qeyri[1]ərzaq inflyasiyası 8.6% təşkil edib.
Xarici bazar
- Ötən həftə Türkiyə uçot faiz dərəcəsini açıqladı. Gözləntilərə əsasən uçot faiz dərəcəsi dəyişdirilməyərək 9.00% saxlanıldı. Xatırladaq ki, Türkiyədə inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 84.39%-dən 64.27%-ə düşmüşdür.
- 18 yanvar tarixində Avrozonada inflyasiya məlumatı açıqlandı. Avrozonada inflyasiya dərəcəsi gözləntilərə də uyğun olaraq 9.2% açıqlandı.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















