Əvvəl hobbi kimi baxırdı, sonradan təsərrüfat yaratdı
3 aydan sonra bala dovşanların 2 kiloqramdan çox çəkisi olur və satışa çıxarılır. Hər kiloqramı isə 11-12 manat arasında təklif edilir.Salyan sakini əvvəllər hobbi kimi yanaşdığı sahəni indi təsərrüfata çevirib, ondan həm də qazanc əldə edir.
Dovşan təsərrüfatı Salyan rayonu Boranıkənd kənd sakini Elnur Əliyev tərəfindən üç aydan çoxdur yaradılıb.
“Məndə belə bir təsərrüfat yaratmaq istəyi dovşan ətinin dadını gördükdən sonra başladı. Sonra internetdə maraqlandım, dovşan ətinin faydalarını öyrəndim. Daha sonra Kaliforniya növü deyilən 10 baş dovşan aldım, lazımi şərait yaratdım. Artıq 7 baş dovşan balalayıb və balalarının sayı 45-ə çatıb”, - deyə təsərrüfat rəhbəri bildirib.
Dovşan ətinin xeyirli olduğunu deyən Elnur Əliyev gələcəkdə bu sahəni daha da genişləndirmək niyyətindədir: "Dovşan əti yağsız, xolestrensiz olduğundan şəkər, ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Allergiyası olan uşaqlara da xeyri var".
Onun sözlərinə görə, dovşan çox artımlı heyvandır, il ərzində 5-6 dəfə olmaqla, 6-12 bala verir. Elnur Əliyev dovşan yemi kimi yonca, yerkökü və almadan istifadə edir.
Dovşan təsərrüfatının gəlirli sahə olduğunu söyləyən Elnur Əliyev bildirib ki, üç aydan sonra bala dovşanların 2 kiloqramdan çox çəkisi olur və satışa çıxarılır. Hər kiloqramı isə 11-12 manat arasında təklif edilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























