“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır
Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində “DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır.
Bu münasibətlə mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşündə mediasiya proseduru barədə ətraflı məlumat verilib, əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması və s. proseslər izah olunub.
Xidmətlər DOST Agentliyi ilə Mediasiya Şurası arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar müvafiq istiqamət üzrə sosial agentlər üçün Mediasiya Şurası ilə birlikdə funksional təlimlər keçirilib. Vətəndaşlar bütün DOST mərkəzlərində həmin xidmətə müraciət edə biləcək.
Mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur və mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir. Vətəndaşlar əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl DOST mərkəzlərində mediasiya sessiyasında iştirak edirlər.
Qeyd edək ki, 2020-ci ilin fevralından fəaliyyət göstərən Mediasiya Şurası bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu ildə qəbul edilib və 2021-ci il iyulun 1-dən tam olaraq qüvvəyə minib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
28 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 30 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)





