"Dövlətin qiymətlərə müdaxiləsi qıtlıqla nəticələ bilir"
"Monitorinqlərin aparılmasının məqsədi sahibkardan məcburi olaraq qiyməti endirməsini tələb etmək deyil. Bizim belə bir səlahiyyətimiz yoxdur və bu addımı atmaq məntiqsizdir. Çünki dünya praktikasında da bu belə qəbul edilib ki, dövlətin belə bir icbari müdaxiləsi mənfi təsirlər verə bilər".İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin məqsədi sahibkarlardan qiymətləri icbari şəkildə endirməyi tələb etmək deyil.
Bu barədə jurnalistlərə açıqlamasında Xidmətin rəisi Məmməd Abbasbəyli deyib.
O, bildirib ki, Dövlət Xidməti həm adi günlərdə, həm də bayram günlərində əsas ərzaq məhsulları və əsas tikinti məhsulları üzrə həftəlik və günlük monitorinqlər aparır:
"Bu intensivlik məhsuldan asılıdır. Bu monitorinqlərin aparılmasının məqsədi sahibkardan məcburi olaraq qiyməti endirməsini tələb etmək deyil. Bizim belə bir səlahiyyətimiz yoxdur və bu addımı atmaq məntiqsizdir. Çünki dünya praktikasında da bu belə qəbul edilib ki, dövlətin belə bir icbari müdaxiləsi mənfi təsirlər verə bilər. Biz bu gün azad sahibkarlıq mühitinin formalaşdırılması istiqamətində çalışırıq. Bu iqtidadi fəlsəfədə dövlət tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla digər qitmətlərin dövlət tərəfindən tənzimlənməsinin düzgün olmadığını hesab edirik".
M. Abbasbəyli dünyadakı təcrübəyə əsaslanaraq qeyd edib ki, bu tənzimləmə qıtlıqla nəticələ bilir:
"Biz monitorinqlər nəticəsində qeyri-adi "qiymət oynamaları"nı aşkar etmək və bu aşkarlamaların yoxlanılması nəticəsində həmin bazarda hökmran mövqeyə malik subyekt varsa, onun tərəfindən qiymət manipulyasiyasının olub-olmamasına baxırıq. Belə bir manipulyasiya yoxdursa, deməli bazarda qiymət iqtisadi düsturlar və tələb-təklif şərtləri əsasında formalaşıb".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























