IFC və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu anlaşdı
Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayır.
Marja xəbər verir ki, Memoranduma əsasən, fəaliyyətini Azad Zonada aparmağa maraqlı olan şirkətlərə məsləhətçi və layihələrin ilkin mərhələdə inkişafı üzrə dəstəkləyici çərçivə qurulacaq. IFC, Avstriyanın Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıqda və AFEZ səlahiyyətli qurumu ilə birgə Azad Zonanın rezidentləri üçün dəstək və məsləhət xidmətləri təqdim edəcək. Məqsəd Azərbaycanın “xalis sıfır” karbon mühitə keçidini və iqlim dəyişməsinə dayanıqlı inkişafını təmin edəcək şirkətlərə müvafiq investisiya layihələrini müəyyən edib və işlənib hazırlamasında kömək etməkdir.
“Ələt Azad İqtisadi Zonası investorlar üçün unikal bir mühit yaradaraq, Azərbaycanda müasir enerji, nəqliyyat və logistika infrastrukturu ilə səciyyələnən bilik əsaslı, rəqabətli iqtisadiyyat qurmaq səylərinin mərkəzindədir. IFC ilə əməkdaşlığımız bizə, ən qabaqcıl beynəlxalq standartlara əməl edərək bu məqsədə nail olmağa kömək edəcək”, – Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun sədri Valeh Ələsgərov söylədi.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və nəqliyyat dəhlizlərinə yaxın yerləşən Ələt Azad İqtisadi Zonasında Azərbaycan hökuməti müstəqil hüquqi və tənzimləyici çərçivə yaradır, vergi və qeyri-fiskal güzəştlər təqdim edir və müvafiq infrastruktur qurur ki, Azad Zonaya ixracyönümlü, yüksək əlavə dəyərə malik və sənaye fəaliyyətlərini cəlb etsin və inkişaf etdirsin.
“Son onilliklərdə Azərbaycanın iqtisadi artımının lokomotivi əsasən neft-qaz sektoru olmuşdur. Lakin regionun geosiyasi durumunda və enerji sistemlərinin inkişafında köklü dəyişikliklər, eləcə də hökumətin uzunmüddətli strateji iqtisadi islahat planları ölkə iqtisadiyyatının şaxələndirilməsini şərtləndirirlər,– deyərək IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd etdi. – AFEZ ilə tərəfdaşlıq bu prosesi dəstəkləmək səylərimizin tərkib hissəsidir, çünki iqtisadiyyatın diversifikasiyası ölkənin qlobal rəqabətə davamlılığını və Azərbaycanlıların gələcək nəsillərinin firavan yaşamasını təmin edcəcək.”
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını hədəfləyən ən iri inkişaf təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 26 d. əvvəl
-
47 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 54 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Ən çox oxunanlar
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir







.jpg)






.jpg)






