Tələbələr Gənclər Günündə “PAŞA Bank”ın qonağı olub
(®) Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, gənclərin peşəkar inkişafını dəstəkləyən bir sıra layihələrin təşəbbüskarıdır. Bank, gənc istedadları dəstəkləməklə, daha dayanıqlı gələcəyin qurulmasına və ölkənin tərəqqisinə öz töhfəsini vermək niyyətindir.
Bankın bu istiqamətdə keçirdiyi növbəti tədbir fevral ayının 2-si Gənclər Gününə təsadüf edib. Belə ki, “PAŞA Bank”ın əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin tələbələrinin baş ofisə ziyarəti baş tutub. “PAŞA Bankda bir gün” adlı bu tədbir vasitəsilə maliyyə, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan 30-a yaxın tələbə qatılıb. Onlar Bankın müxtəlif şöbələrinin iş fəaliyyəti və gündəlik iş prosesləri ilə tanış ola, Bank əməkdaşları ilə ünsiyyət saxlaya bilib. Bank əməkdaşları tələblərin işə qəbul, büdcələmə, kreativ dizayn və digər sahələrə dair suallarını cavablayıb.
Xatırladaq ki, “PAŞA Bank”, müntəzəm şəkildə müxtəlif təlim sessiyaları, master-klaslar və təcrübə proqramlarını təşkil etməklə, öz zəngin təcrübəsini tələbələrlə bölüşür. Bununla da Bank, tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur. Təsadüfi deyildir ki, təcrübə proqramını uğurla bitirmiş bir sıra gənc Bankda əməkdaş olaraq çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























