Naxçıvanda özəl sektordakı çətinliklərin həll edilməsi əsas hədəflərdəndir
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Bu baxımdan, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafı kimi istiqamətlər prioritetdir.
Qeyd olunan məsələlərlə bağlı dövlət qurumlarının və özəl bölmənin nümayəndələrinin birgə iştirakı ilə müzakirələrin aparılması, çətinliklərin həlli yollarının tapılması, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, sahibkarlığın genişləndirilməsi ilə bağlı qətiyyətli addımlar atılacaq, bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə səmərəli tədbirlər həyata keçiriləcək.
Görüşdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, sahibkarların maliyyə resurslarına daha rahat və sistemli çıxışının təmin olunması, vergi, sosial və digər güzəştlərin tətbiqi, investisiyaların stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi və s. tədbirlər biznes fəaliyyətinin daha da genişlənməsinə münbit şərait yaradır. Məqsədyönlü dövlət proqramları çərçivəsində bölgələrimizin tarazlı inkişafının sürətləndirilməsi prioritetinə uyğun olaraq həyata keçirilən tədbirlər bütün regionlarımızı, o cümlədən, Naxçıvanı da əhatə edir. Bu istiqamətdə dövlət başçısının tapşırığına uyğun olaraq, Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və strateji layihələr hazırlanır. Bu layihələr çərçivəsində yeni iş yerləri yaradılacaq ki, bu da iqtisadi inkişaf zəncirinin tamamlanmasına xidmət edəcək.
Bildirilib ki, iqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsininin daha da yüksəldilməsi üçün Naxçıvanın zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensialının artırılması və s. tədbirlər planlaşdırılır. Bütün qeyd edilənlərlə yanaşı, Zəngəzur dəhlizinin açılması Naxçıvanı mühüm nəqliyyat qovşağına çevirəcək, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artmasına şərait yaradacaq.
Vurğulanıb ki, Naxçıvanda sosial-iqtisadi sahədə, xüsusilə də özəl sektordakı çətinliklərin həll edilməsi əsas hədəflərdəndir. Bu sırada respublikada fəaliyyət göstərən maliyyə qurumlarının Naxçıvanda filiallarının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, Naxçıvan sahibkarlarının güzəşt və imtiyazlardan istifadəsinə şərait yaradılması, onların KOBİA, AZPROMO və digər qurumlarla əməkdaşlığının qurulması, habelə başqa inkişaf və təkmilləşdirmə məqsədli tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə müvafiq qurumların birgə və koordinasiyalı fəaliyyətinin təşkili önəmlidir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Muxtar Respublika iqtisadiyyatının müxtəlif sahələrində rentabelliyin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının, nəqliyyat-tranzit imkanlarının artırılması, qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə ticarət əlaqələrinin gücləndirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılması, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi və s. məqsədlərə nail olunması baxımından islahatların əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib.
Görüşdə Naxçıvanda özəl sektorun qarşılaşdıqları məsələlər və qarşıda duran çağırışlarla bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Tədbirdən sonra Naxçıvan Biznes Mərkəzinin sərgi salonuna baxış keçirilib, bir neçə istehsal müəssisəsinin fəaliyyəti ilə tanışlıq olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
10 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
11 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
11 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti





.jpg)











.jpg)







