Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları
Yardım etmək istəyən abunəçilər mobil telefon üzərindən “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ianə edə bilərlər(®️) "Azercell Telekom" MMC “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə vermək, Türkiyə xalqına dəstək olmaq istəyən abunəçilərinə ianə etmək üçün qısa nömrə təqdim edib.
Azercell abunəçiləri bir həftə boyunca 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə “Nargis” Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər.
Abunəçilərin həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə də bu xeyirxah təşəbbüsə qoşulmaq imkanı var. 8116 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 10, 15, 20, 30 və ya 50 açar sözü göndərməklə müvafiq məbləğdə ianə etmək olar.
SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur. Sorğunu göndərdikdən sonra abunəçilərə ödənişin statusu ilə bağlı cavab gəlir. Ətraflı məlumat üçün +994125265493 (“Nargis” Fondu) nömrəsinə, www.yardim.et (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) səhifəsinə müraciət etmək olar.
Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” komandası da Türkiyəyə dəstək məqsədilə yardım aksiyası başladıb.
Azercell şirkəti Türkiyə xalqına səbir və bu fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılmasını diləyir.
#TürkiyəSəninləyik
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























