Çində inflyasiya açıqlanıb
Çinin istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin yanvar ayında illik müqayisədə (2022-nin yanvar ayı ilə) 2,1% artıb.
Marja xəbər verir ki, bu barədə Çinin dövlət statistika idarəsi məlumat yayıb.
Yanvar ayında şəhər və kənd yerlərində indeks illik müqayisədə 2,1% artıb. Ərzaq məhsulları 6,2 faiz, qeyri-ərzaq məhsulları 1,2 faiz, istehlak məhsulları 2,8 faiz, xidmətlər 1 faiz bahalaşıb.
Eyni zamanda, 2022-ci ilin dekabr ayı ilə müqayisədə yanvarda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8%, ərzaq məhsullarının qiymətləri 2,8%, istehlak mallarının qiymətləri 0,7%, xidmətlər 0,8%, qeyri-ərzaq mallarının qiymətləri isə 0,3% artıb.
Yanvar ayında illik müqayisədə meyvənin qiymətləri 13,1 faiz, tərəvəzin 6,7 faiz, yumurtanın 8,4 faiz, su məhsulları 4,8 faiz, ətin qiymətləri 6,6 faiz, o cümlədən donuz ətinin qiyməti 11,8 faiz bahalaşıb.
Statistika idarəsinin məlumatına görə, yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə səhiyyə xidmətləri 0,8 faiz, təhsil və mədəniyyət-əyləncə tədbirlərinin qiymətləri 2,4 faiz, nəqliyyat və rabitə xidmətlərinin qiymətləri 2 faiz bahalaşıb, mənzillərin qiymətləri 0,1 faiz ucuzlaşıb.
İstehsalçı qiymətləri indeksi isə yanvar ayında illik müqayisədə 0,8% azalıb.
2022-ci ilin sonunda Çində inflyasiya 2% təşkil edib, baxmayaraq ki, səlahiyyətlilər təxminən 3% artım gözləyirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






