Azərbaycan quşçuluq müəssisələri də Türkiyəyə irihəcmli yardımlar ediblər
Ölkəmizdə qardaş Türkiyədə faciəli nəticələrə səbəb olan təbii fəlakətdən zərərçəkənlərə yardım kampaniyası getdikcə genişlənir. Xalqımız türkiyəli qardaşları üçün əlindən gələn dəstəyi verir. Bu prosesə Azərbaycan sahibkarları biznes də aktiv qoşulub.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan quşçuluq müəssisələri də faciədən zərərçəkən qardaşlarımıza, bacılarımıza yardım kampaniyasına qoşularaq Türkiyədə açılan yardım hesablarına irihəcmli vəsaitlər köçürüblər. Bundan əlavə, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi də müvafiq hesaba büdcəsinin imkan verdiyi qədər vəsait köçürüb.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, qardaş evində dərd varsa, rahat olmaq mümkün deyil:
“Acımız çox böyükdür. Türkiyədəki qardaşlarımız ən ağır faciəyə məruz qalıblar. Bu faciədən necə təsirləndiyimizi sözlə ifadə etmək mümkün deyil. Assosiasiyamıza üzv olan quşçuluq müəssisələrinin hər biri ayrılıqda yardım etsələr də, özümüzə borc bildik ki, bu qazandan da bir pay ayıraq. Bu gün hamımız yumruq olaraq, qardaşımızın harayına çatmalıyıq. Yalnız əlimizdə olan imkanları tam səfərbər etməklə üzləşdiyimiz fəlakətdən əziyyət çəkən qardaşlarımızı ağır vəziyyətdən mümkün qədər tez çıxara bilərik. Allah faciədə həyatını itirən bütün insanlara rəhmət eləsin”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























