Ötən il Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərin həcmi 5,8 milyard manata çatıb
Təsərrüfat subyektlərində 2022-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 89.4% artaraq 199 milyon ədəd, həcmi isə 47.7% artaraq 5.8 milyard manat olmuşdur. O cümlədən, 2022-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2.6 dəfə artaraq 183.2 milyon ədəd, həcmi isə 2 dəfə artaraq 4.9 milyard manat olmuşdur.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.
Qeyd edilib ki. son illər ərzində ölkənin həm Bakı və iri şəhərlərində, həm də regionlarında kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilmişdir. 01.01.2023-cü il tarixinə ölkə üzrə quraşdırılmış bankomatların sayı 3068, POS-terminalların sayı 79820, ödəniş terminallarınsayı isə 2029 ədəd olmuşdur.
2022-ci il ərzində ölkə üzrə bankomatların sayında 3.3%, regionlarda yerləşən bankomatların sayında isə 6.6% artım müşahidə edilmişdir.
01.01.2023-cü il tarixinə ölkədə dövriyyədə olan POS-terminalların sayı keçən illə müqayisədə 30.5% artaraq 79820-ə bərabər olmuşdur. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 58.5% artaraq 69599 ədəd təşkil etmişdir. Quraşdırılmış POS-terminalların 87.2%-i təmassız ödənişləri dəstəkləməkdədir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 5029 və ya 25.2%, o cümlədən təmassız ödənişləri dəstəkləyən POS-terminalların sayı isə 9318 və ya 88.6% artmışdır.
2022-ci ilin sonuna banklar tərəfindən quraşdırılmış ödəniş terminallarının sayı 2021-ci ilin sonu ilə müqayisədə 10% artaraq 2029 ədəd təşkil etmişdir. Bakı şəhərində yerləşən ödəniş terminallarının sayında 15.2%, regionlarda yerləşən ödəniş terminallarının sayında isə 4.3% artım müşahidə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
54 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
58 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)






.jpg)






