Şahin Bağırov: Əsas hədəflərdən biri də gömrükdə biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır
Fevralın 15-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, Palatanın rəhbəri Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət orqanları ilə mütəmadi görüşlərin təşkil edildiyini, cari ildə ilk görüşün gömrük orqanları ilə keçirildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da səmərəli şəkildə qurulacağını bildirib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük orqanlarının biznes nümayəndələri ilə münasibətlərin işgüzar zəmində qurulmasına, gömrük-biznes əməkdaşlığında açıq, şəffaf dialoqa xüsusi önəm verdiyini bildirib, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atıldığını vurğulayıb.
O da qeyd olunub ki, gömrük xidməti qarşısında müəyyənləşdirilən əsas hədəflərdən biri də gömrük sahəsində biznes subyektlərinə münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, tətbiq edilən yeniliklərlə bağlı onların təklif və rəylərinin öyrənilərək reallaşdırılmasıdır.
Bu məqsədlə son dövrlərdə gömrük orqanları tərəfindən fəaliyyət planının hazırlandığı, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının, şəffaflığın, əlçatanlığın artırılması üçün yeniliklərin, rəqəmsal həllərə əsaslanan innovativ layihələrin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb.
Görüşdə gömrük orqanlarının missiyası, gələcək fəaliyyətindəki priroritet istiqamətlər, strateji hədəflər barədə məlumat verilib, tətbiqinə başlanan, icrası davam edən və planlaşdırılan layihələr, yeniliklərdən, onların biznesə faydalarından bəhs olunub.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























