Azərbaycanda ilk dəfə olaraq “MİNAHACK” hakatonu keçiriləcək
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə 23-24 fevral tarixlərində ölkədə ilk dəfə olaraq minaların təmizlənməsi mövzusunda “MİNAHACK” hakatonu keçiriləcək.
UNEC-in yaydığı məlumatda bildirilir ki, kayihənin məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı ən fəal icma üzvlərini bir araya gətirərək, torpağın minalardan təmizlənməsi üçün texnoloji ideyalar və həllər təklif etməkdir.
Hakatonda iştirakla bağlı müraciət edənlər üçün 17-35 yaş həddi müəyyən edilib. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilər. Hər komanda kapitan daxil olmaqla, 5 nəfər üzvdən ibarət olmalı, bir komandada fərqli müəssisələrdən maksimum 1 nəfər olmalı və komanda kapitanı komandanın üzvləri tərəfindən seçilməlidir. İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar.
“MİNAHACK 2022” hakatonu üzrə I, II və III yerləri qazanan komandalar müvafiq olaraq 5000, 2500, 1500 manat məbləğində pul mükafatı, finalçılar isə qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.
Hakaton UNEC-in 3 saylı tədris binasında (Murtuza Muxtarov 194, Nizami korpusu), saat 09:00-da təşkil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
7 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























