SOCAR prezidenti Rövşən Nəcəf Pakistan nümayəndə heyəti ilə görüşüb
2023-cü il fevralın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Pakistan İslam Respublikasının investisiya şurası naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, Pakistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstəyi bir daha qeyd edilib.
İki ölkə arasında bütün sahələrdə olduğu kimi, energetika sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft-qaz sektorunda, xüsusilə neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.
Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 22 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























