Qlobal borclar 2015-ci ildən bəri ilk dəfə azalıb
Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal Borc Monitoru" hesabatını dərc edib.
Marja hesabata istinadən xəbər verir ki, qlobal borc məbləği 2021-ci ilə nisbətən 2022-ci ildə 4 trilyon dollar azalaraq 299 trilyon dollara düşüb. Bu azalma 2015-ci ildən bəri qeydə alınan ilk illik müqayisədə azalmadır.
2022-ci ilin sonuna ev təsərrüfatlarının borcu 57 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcu 89,7 trilyon dollar, dövlət borcu 84,1 trilyon dollar, banklar kimi maliyyə şirkətlərinin borcu isə 68,1 trilyon dollar olub.
Keçən il inkişaf etməkdə olan ölkələrin borcu yüksəliş trendini davam etdirərək rekord həddə - 98,2 trilyon dollara çatıb. Rusiya, Sinqapur, Hindistan, Meksika və Vyetnamda ən yüksək artım qeydə alınıb. İnkişaf etmiş ölkələrin ümumi borcu 2022-ci ildə 200,8 trilyon dollar olaraq hesablanıb.
Qlobal borcun qlobal ÜDM-ə nisbəti 2022-ci ildə 12 bənd azalaraq 338 faizə düşüb.
Qlobal borc Çinin borcunun "kəskin" artması nəticəsində 2021-ci ildə 10 trilyon dollardan çox artaraq 303 trilyon dollara çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























