Azərbaycanda iri istehsal və ticarət şirkətinin fəaliyyətinə xitam verilib
1999-cu ildə təsis edilmiş, Azərbaycanda iri istehsal və ticarət şirkətlərindən biri olmuş “Delta Qrup C.O.” MMC-nin fəaliyyətinə xitam verilib.
Marja.az xəbər verir ki, fəaliyyətinə xitam verilən “Delta Qrup C.O.” MMC “Mars Overseas Baku LTD” MMC şirkətinə qoşulub. “Mars Overseas Baku LTD” Azərbaycanda Pepsi içkilərinin istehsalı və satışı ilə məşğul olur.
“DELTA QRUP C.O.” MMC fəaliyyətinə xitam verilərək “MARS OVERSEAS BAKU LTD” MMC-yə qoşulduğunu və “MARS OVERSEAS BAKU LTD” MMC “DELTA QRUP C.O.” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir", -"Mars Overseas Baku Ltd" MMC-nin məlumatında bildirilir.
“DELTA QRUP C.O.” şirkəti “Bismak” markası ilə şirniyyat və un məmulatları, “Çörəkçi” markası ilə çörəklər istehsal edirdi. Həmçinin “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributoru idi.
“DELTA QRUP C.O.” MMC 20 milyon 3 min manat nizamnamə kapitalına malik idi.
06 Fevral 2023-cü il tarixinə olan məlumata görə, -"Mars Overseas Baku Ltd" 17 milyon 621 min 640 manat nizamnamə kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























