Ən çox mükafatı ABB qazandı!
(®️)Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələri mükafatlandırıb.
2022-ci ilin nəticələrinə görə ABB 6 nominasiya üzrə mükafatlandırılıb: “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə layihələr”.
Qeyd edək ki, ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində Şuşanın mərkəzindən Cıdır düzünə aparan yolun təmir-bərpasını həyata keçirib. Ağdamda Günəş panellərinin qurulmasına dəstək verib. Azərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq çərçivəsində boksçularımızın yerli və beynəlxalq yarışlarda iştirakına dəstək olub. Şuşada ilk dəfə keçirilən "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə sponsorluq köməyi göstərib. Əhalinin maliyyə savadlılığının artması məqsədilə ayrı-ayrı radiolarla birgə maarifləndirici layihələr reallaşdırıb.
ABB Tech Akademiyasında informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyənlər üçün təqaüdlü təhsil proqramlarını davam etdirib. Kitab nəşri, jurnalistlərin rəqəmsallaşma sahəsində fərdi inkişafı məqsədilə tədbirlər həyata keçirib.
2022-ci ildə ABB kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirləri davam etdirib. O cümlədən regionlarda iş adamları üçün “Rəqəmsal sahibkarlıq” mövzusunda təlimlər keçirib. Ötən il Bank nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində də ardıcıl addımlar atıb. Gənc müştəri seqmenti üçün TamKart Gənc məhsulunu yaradıb. Google Pay ödəniş həllini müştərilər üçün əlçatan edib. Yeni İnternet Bankçılıq xidmətini, Business mobile tətbiqini korporativ müştərilərinin istifadəsinə verib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
46 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
50 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






