Çin və ABŞ arasında ticarətin həcmi azalıb
2023-cü ilin yanvar-fevral aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 17,4% azalaraq 101,84 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Açıqlanan məlumatlara görə, Çinin ABŞ-a ixracı 21,8% azalaraq 71,57 milyard dollara yaxın, Amerika məhsullarının idxalı isə 5% azalaraq 30,27 milyard dollar olub.
Beləliklə, iki ayda Çinin ABŞ-la ticarətdə müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 31% azalaraq 41,3 milyard dollara düşüb.
ABŞ-dan Çinə idxal olunan əsas məhsullar arasında soya, çips, mayeləşdirilmiş neft qazı və neft, kokslaşan kömür, yolsuzluq avtomobilləri, pambıq və qarğıdalı, mis və mis filizi var. ABŞ Çindən aktiv şəkildə smartfonlar, xüsusi avadanlıqlar, kompüterlər, litium-ion batareyalar, plastik məmulatlar, müşahidə kameraları, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları alır. Son illərdə iki ölkə arasında münasibətlər Vaşinqtonun Çin şirkətlərinə qarşı artan məhdudiyyətləri fonunda soyuq olaraq qalır.
2021-ci ildə Çin-ABŞ ticarəti 28,7% artaraq 755,64 milyard dollara, 2022-ci ildə isə 0,6% artaraq 759,4 milyard dollara çatıb.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında Çinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvləri ilə ticarəti illik müqayisədə 1,3% artıb, Avropa İttifaqı ilə isə əksinə, 10% azalıb.
Açıqlanan məlumatlardan belə çıxır ki, iki ay ərzində Çinin ASEAN və Avropa ittifaqı ilə ticarətinin həcmi müvafiq olaraq 138,12 milyard dollar və 123,35 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





