"Əməkdaşlarımızın 46.3%-ni xanımlar təşkil edir"
"Bugün PAŞA Sığortanın rəhbər heyətinə nəzər salanda görürük ki, İdarə Heyətimizin 5 üzvündən 3-ü xanımdır, əməkdaşlarımızın 46.3%-ni xanımlar təşkil edir. Departament və şöbələrimizin 40%-ni xanım əməkdaşlarımız idarə edir".
Marja xəbər verir ki. bunu PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib.
O, "Bir çox insan düşünür ki, bununla əlaqədar təşkilat daxilində məqsədyönlü strategiya mövcuddur. Amma bu belə deyil" deyərək əlavə edib:
"Bizim sirrimiz budur ki, bu məsələ ümumiyyətlə idarəetmə siyasətimizdə mövcud deyil. Biz namizədləri hər zaman fərdi xüsusiyyətləri əsasında dəyərləndiririk. Hər hansı vakansiya elan olunduğu zaman biz bu vəzifənin yalnız xanıma və ya bəyə aid olması ilə bağlı xüsusi bir tələb qoymuruq. Namizədin fərdi və peşəkar göstəriciləri bu vakansiyaya uyğundursa, həmin namizədlə yolumuza davam edirik. Çalışırıq ki, həm xanım, həm bəy əməkdaşlarımız sahib olduqları hüquqlardan faydalana bilsinlər. Eyni zamanda hər iki tərəfə qarşı heç bir haqsızlıq halının yaşanmamasına olduqca həssas yanaşırıq. Şirkətimizdə balans bu şəkildə qorunur. Gördüyünüz kimi, bu üsul çox yaxşı nəticə və bəhrə verir".
Ülviyyə Cabbarova əlavə edib ki. öz işini sevərək və vicdanla görən, yüksəlməyi hədəfləyən hər kəs uğur qazana bilər, bu sadəcə xanımlara deyil, bütün insanlara aiddir:
PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri öz tövsiyə lərini də verib:
- Mütləq şəkildə daim öz üzərinizdə çalışın, fərdi inkişafınızı heç zaman ikinci plana atmayın. Kiçik addımlarla da olsa, hər zaman özünüzü inkişaf etdirin.
- Çətinlik və ya hər hansı bir maneə ilə qarşılaşdığınız zaman ruhdan düşüb geri çəkilməyin. Çünki insan qarşılaşdığı maneələrlə təcrübə qazanıb, düzgün istiqaməti tapır. Çıxdığınız bütün yollarda sona kimi mübarizə aparın.
- Şəxsi həyat və iş arasındakı balansı hər zaman qorumağa çalışın. Burada harmoniyanı tapmaq üçün universal bir nisbət yoxdur. Əsas odur ki, həyatınızdakı bu 2 vacib statusu doğru idarə edib xoşbəxtlik hissi yaşayasınız.
- Stereotiplərdən uzaq olun və hər zaman öz düşüncələrinizə inanın. Öz məqsədlərinizi, hədəf qoyduğunuz nailiyyətlərinizi standartlara uyğunlaşdırmamaq və digərlərinin rəğbətini qazanmaq üçün qərar verməməyinizi məsləhət görürəm. Uğur pul, vəzifə və ya statusla ölçülmür və hər insanın uğura doğru yolu fərqlidir. Hədəfinizi müəyyən edin və inamla ona doğru irəliləyin.
- İnkişaf edərkən sadəcə özünüzün deyil, sizdən əlavə ən azı bir insanın irəliləməsinə öz dəstəyinizi göstərin. İnanın ki, insanlara göstərdiyiniz bu dəstək gələcəkdə sizin özünüzə misli ilə geri qayıdacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























