"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
• 7 mart tarixində 70 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 4 dəfəyədək üstələmiş, hərrac 6.52% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Xatırladaq ki, fevral ayında 1 illik istiqraz hərracında gəlirlilik 6.97% olmuşdur.
• Bu həftə 40 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 3 illik istiqraz hərracı keçiriləcək. Fevral ayında 3 illik istiqraz hərracı 9.50% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
Qlobal bazar
• Ötən həftə ABŞ-da məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlandı. Göstərici keçən ay açıqlanan məlumata nəzərən azalaraq 517k-dan 311k-a düşmüşdür. Analitiklərin gözləntisi 225k idi.
• ABŞ-da ilkin işsizlik müraciətləri və işsizlik dərəcəsi gözləntiləri açıqlanmış və müvafiq olaraq, 211k və 3.6% olmuşdur. Gözləntilər 195k və 3.4% idi.
• 14 mart tarixində ABŞ-da inflyasiya göstəricisi olan İstehlak Qiymətləri İndeksi (CPI) açıqlanacaq. Bloomberg analitikləri inflyasiyanın azalaraq 6.4%-dən 6.0%-ə düşəcəyini proqnoz edirlər.
• 22 mart tarixində ABŞ FED faiz dərəcəsi qərarını açıqlayacaq. Faizlərin 0.25% artırılaraq 4.50%-4.75% səviyyəsindən 4.75%-5.00% səviyyəsinə çatdırılacağı proqnoz edilir.
• 16 mart tarixində Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsi qərarını açıqlayacaq. Faizlərin 0.50% artırılaraq 3.50%-ə çatdırılacağı gözlənilir. Xatırlatma edək ki, fevral ayında Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0.50% artıraraq 2.50%-dən 3.00%-ə dəyişdirmişdir.
17 mart tarixində Avrozonada inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın 8.6%-dən 8.5%-ə düşəcəyi proqnoz edilir.
• 10 mart tarixində Rusiyada fevral ayının inflyasiya məlumatı açıqlanıb. İnflyasiya azalaraq 11.77%-dən 10.99%-ə düşmüşdür.
• 17 mart tarixində Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faiz dərəcəsinin dəyişilməyərək 7.50% saxlanılacağı proqnoz edilir.
• Türkiyədə də inflyasiya azalaraq 57.7%-dən 55.2%-ə düşmüşdür.
• Keçən həftənin bazarları silkələyən xəbərlərindən biri Silicon Valley Bankın (SVB) müflis olması oldu. Bank Kaliforniyada fəaliyyət göstərir və investisiya olaraq kriptovalyutalara da üstünlük verirdi Nəticədə bankın problemləri keçən il FTX birjasının çökməsindən sonra, müştərilərin kütləvi şəkildə banka qoyduqları əmanətləri geri çəkməsindən sonra başlamışdır. Həmçinin bankın böyük həcmdə ABŞ dövlət istiqrazlarına sahib olduğu və faizlərin qalxdığı dönəmdə isə bundan bazar dəyərində ziyan görməsidir.Bu baxımdan bankın likvidliklə bağlı problemləri yaranıb. Burada əsas məqam kiçik bankların böyük banklara nəzərən vəsaitləri daha baha əldə etməsidir. Faizlərin artdığı bir dönəmdə isə bu, kiçik banklar üçün problemlər yaradır. ABŞ-ın böyük bankları üçün 2008-ci il krizisindən sonra tətbiq edilən sərt likvidlik tələbləri bu bankları yaranan riskdən qorusa da, bu tip kiçik bankların bağlanması və ya müflis olması ümumilikdə ABŞ-ın maliyyə sistemində qeyri-müəyyənliklər yarada bilər. Maraqlısı odur ki, SVB bankın səhmdarları arasında böyük fondlar olan Vanguard, Black Rock , JP Morgan, State Street kimi nəhəng bank və fondlar yer alır. Düzdür, bu tip böyük müsəssisələr belə kiçik bankların müflis olmasından yarana biləcək ziyanları həzm etmək iqtidarında olsalar da, kiçik banklarla bağlı vəziyyətin sual altında olması,nəticə olaraq ümumilikdə bank siteminin də sual altında qalmasına səbəb olur. Nəticədə bütün bu hallar investrolarda da suallar doğura bilər. Bir sözlə faizlər artdıqca problemlər də asta-asta ortalığaçıxır.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
-
1 saat əvvəl
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
SOCAR və “Wood” əlavə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

















