“MKT İK” şirkəti 15 rayondan 200-ə qədər fermer ilə görüş keçirib
(®) "MKT İK” MMC tərəfindən “Fermerlərlə görüş: Keçən ilin yekun qiymətləndirilməsi və yeni mövsümə hazırlıq”mövzusunda martın 9-da Ağcabədi şəhərində yığıncaq keçirilib.
Tədbir başlamazdan öncə şirkət əməkdaşları və gələn qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçək dəstələri düzmüşdür.
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, “MKT İK” MMC-nin məsul əməkdaşları, 15 rayondan 200-ə qədər fermer, aidiyyatı idarə və təşkilatların nümayəndələri Ağcabədi rayon Mədəniyyət Mərkəzində bir araya gəlib.
Tədbiri çıxış nitqi ilə açan icra başçısı qonaqları və iştirakçıları salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibəti ilə onları təbrik edib. O, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər haqqında məlumat verib.
Sonra, “MKT İK” MMC, “Mingəçevir Texstil Parkı” və “GİLTEX” MMC-in daxil olduğu “GP Cotton Holdings”-in rəhbər şəxləri pambıqçılıqla bağlı həyata keçirilən tədbirlər və qarşıda duran hədəflərdən söz açıb.
Hər üç şirkət haqqında ətraflı məlumat verildikdən sonra sadəcə “MKT İK” MMC-nin 11 emal zavodu, 300-dən çox aqronom və nümayəndəsi olduğunu, 10 minədək fermerlə çalışdığını vurğulanıb. O da qeyd olunub ki, şirkətin fəaliyyət göstərdiyi rayonlarda son illərdə orta hesabla 45 min hektarda pambıq yetişdirilir və məhsuldarlıq səviyyəsinə görə 70 ölkə arasında 7-ci yerdə qərarlaşıb. Natiqlər eyni zamanda pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin texnika, maşın və gübrə ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin həyata keçirildiyini, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmağın vacibliyini bildirib.
Sonra Biznesin İnkişafı Depertamentinin rəhbəri Hikmət Hüseynov çıxış edərək fermerlər arasında sorğuların keçirilməsi, xidmət və malların qiyməti barədə, aqro-texniki tədbirlərin təkmilləşdirilməsindən və yeniliklərin tətbiqindən danışıb.
Daha sonra çıxış edənlər fermerlərə laborator xidmətinin göstərilməsi, lifi yüksək keyfiyyətli olan “Barbadenza” pambıq növünün sınaq əkininə başlanılmasından, şoran torpaqlarda məhsuldarlığın artırılması və bu kimi digər mövzulardan söhbət açıblar.
Daha sonra fermerləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.
Yekunda qabaqcıl təsərrüfatçılar şirkət tərəfindən mükafatlandırılıb.
Əlavə olaraq qeyd etmək istərdik ki, "MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.
2022-ci il üzrə hazırlanan qeyri-dövlət və qeyri-neft ixracatçı subyektlərin reytinqində “MKT İK” MMC birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayı 5000 nəfərə yaxındır və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























