Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb
Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşüb.
Görüşdə, Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.
İki xalq arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostuq münasibətlərinin olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafı üçün yeni imkanlar yaradacağına əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini qeyd edərək, ölkəmizin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti və əməlləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, sülh gündəliyinin reallaşması istiqamətində tərəfimizdən görülən tədbirlər, bərpa-quruculuq tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə zidd təxribatları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi barədə faktlar diqqətə çatdırılıb.
Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ölkəsinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, ökəmizin Fələstinə göstərdiyi humanitar yardıma və Fələstin məsələsinə ayırdığı diqqət və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Baş nazir İsrail-Fələstin münaqişəsi çərçivəsində yaşanan çətinliklər barədə ətraflı məlumat verib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
10 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
-
10 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
11 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
11 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 11 saat əvvəl
-
12 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq






















