Qazaxıstan Milli Bankı faiz qərarını açıqlayıb
Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 16,75% səviyyəsində saxlamaq barədə qərar qəbul edib.
Marja xəbər verir ki, bu barədə cümə günü tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza uçot dərəcəsini müsbət və ya mənfi 1 faiz bəndi dəhliz ilə illik 16,75% səviyyəsində saxlamaq qərarına gəlib", - Bankın məlumatında deyilir.
2022-ci il dekabrın 5-də Qazaxıstan Milli Bankı baza dərəcəsinin illik 16%-dən 16,75%-ə qaldırılması barədə qərar qəbul etmişdi.
"İnflyasiya proseslərinin ləngiməsinin başlanmasına baxmayaraq, onun sabit azalması tendensiyası barədə danışmaq hələ tezdir. Bununla əlaqədar olaraq baza dərəcəsinin cari səviyyədə saxlanması barədə qərar qəbul edilib”, - mətbuat xidməti izah edib.
Qazaxıstanda 2022-ci ilin sonunda illik inflyasiya 20-21% diapazonunda formalaşaraq 20,3% təşkil edib. 2023-cü ilin mart ayında illik inflyasiya 18,1% təşkil edib.
Milli Bankın növbəti faiz qərarı mayın 26-da açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır



















