Sual-cavab formatında “Vergi riskləri” Panel Müzakirəsi adlı tədbir keçiriləcək
11 mart 2023-cü ildə ölkəmizdə ilk dəfə ”Rəqəmlərin ritmi” konsept mesajı ilə baş tutmuş “Vergi və Mühasibatlıq Zirvəsi” 300-dən çox şirkətin 500-dən çox əməkdaşının iştirakı ilə baş tutdu.
Bir çox yeniliklərlə yadda qalan, iştirakçıların pozitiv rəylərini alan tədbir 3 fərqli formatlı 4 paneldən ibarət oldu. “Vergi və Mühasibatlıq Zirvəsi”nin sonuncu – 4-cü paneli “Vergi riskləri” adlanırdı. Panel vergi sahəsinin tanınmış 7 nəfər ekspertinin spikerliyi ilə baş tutdu.
Təşkilatçılar tərəfindən “Vergi riskləri” paneli üçün yeni bir format seçilmişdi – panel başdan sona sual-cavab formatında idi. İştirakçıların birbaşa və onlayn qaydada ünvanladığı suallar moderator tərəfindən spikerlərə ünvanlanaraq onlardan cavablar alınırdı. 90 dəqiqədən artıq davam edən paneldə səsləndirilən suallar və verilmiş cavablar tədbirdən sonra iqtisadi gündəmdə geniş əksini tapdı və çoxlu müzakirələrə səbəb oldu. “Vergi və Mühasibatlıq Zirvəsi” başa çatdıqdan sonra tədbir iştirakçılarından “Vergi riskləri” panelinə daha çox vaxt ayrılmasının arzuolunan və aktual olması barədə rəylər gəlməyə başladı. Tədbir təşkilatçılarının apardığı araşdırma ilə məlum oldu ki, iştirakçıların xeyli sayda səsləndirmədiyi sualları vaxt məhdudiyyətindən yığılıb qalıb. Bununla da, “Vergi riskləri” panelinə daha çox vaxt ayrılmaqla ayrıca tədbir kimi keçirilməsi qərara alındı.
Beləliklə, 20 may 2023-cü il, saat 10:00-14:00-dək yalnız sual-cavab formatında “CinemaPlus Gənclik Mall”da “Vergi riskləri” Panel Müzakirəsi adlı tədbir keçiriləcək. Tədbirin konsept mesajının “Vergi və Mühasibatlıq Zirvəsinin 1 saylı əlavəsi” olması nəzərdə tutulub. “1 saylı əlavə” sloqanının seçilməsi bu terminin uçot sahəsinin mütəxəssisləri üçün “doğma” olmasından, Panel Müzakirəsinin “Vergi və Mühasibatlıq Zirvəsi”nin davamı olmasından və bu kimi tədbirlərin davamlı olacağı mesajının verilməsindən irəli gəlir.
Panel Müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılacaq, vergi sahəsinin aktual məsələləri müzakirə olunacaq. Əsas məqsəd isə dinamik biznes mühitində vergi risklərinin minimuma endirilməsi, vergi qanunvericiliyinin tələblərinin doğru izahı və vergi uçotunun düzgün qurulması üçün fikir mübadiləsi və maarifləndirmədir. Tədbir zamanı tanınmış ekspertlər 4 saat ərzində öz bilik və təcrübələrini iştirakçılarla bölüşəcək, 300-dək mütəxəssis və rəhbər şəxslərin sualları cavablandırılacaqdır.
Qeyd edək ki, yerlər limitlidir. İştirak üçün www.vmz.az saytından bilet əldə edə və sosial media hesablarımızı izləyə bilərsiniz. 4 saatlıq sual-cavab formatlı panel müzakirəsində iştirak haqqı 40 manat olaraq təyin edilib.
Facebook: https://www.facebook.com/fifbaku.az
İnstaqram: https://www.instagram.com/vmzbaku/
Linkedln: https://www.linkedin.com/company/vmz-baku/
20 may saat 10:00-14:00 aralığında Gənclik Mall, “Cinema Plus”da “Vergi riskləri” Panel Müzakirəsində görüşmək ümidi ilə...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 gün sonra
-
- 3 d. əvvəl
-
1 saat əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
1 saat əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
1 saat əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
-
2 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
2 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Ən çox oxunanlar
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq























