“Güvən 2012” şirkətindən Ramil Aslanovun rekord qıran videosu ilə bağlı GÖMRÜKDƏN AÇIQLAMA
Dövlət Gömrük Komitəsi, "Şahin Bağırov, islahat budur?!" deyilən görüntülər və iddialar ilə bağlı məlumat yayaraq bildirib: “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyəri eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olub. Malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğu müəyyən olunmuşdur.Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Marja.az-a daxil olmuş məlumatı:
“Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan malların gömrük dəyəri ilə bağlı Aslanov Ramil Xurşud oğlu tərəfindən sosial şəbəkələrdə yayılan video görüntülər və söylənilən şəxsi mülahizələrə dair Dövlət Gömrük Komitəsi aşağıdakıları bildirir:
“Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan mallara (3 adda mətbəx üçün su kranları, duş kranları, arko kranlar və onların hissələri) fiziki baxış zamanı malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğu müəyyən olunmuşdur.
Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq gömrük dəyəri ilə bağlı bəyannaməçiyə Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada rəsmi bildiriş təqdim olunmuşdur.
“Güvən 2012” MMC tərəfindən Aslanov Ramil Xurşud oğluna malların bəyan edildiyi 2023-cü il 14 mart tarixindən xeyli sonra, yəni 2023-cü il 4 aprel tarixində etibarnamə verilib, 2023-cü il 4 aprel tarixindən etibarən vətəndaş Komitənin vəzifəli şəxsləri tərəfindən 2023-cü il 7,8,11 aprel tarixlərində qəbul edilib. Keçirilən qəbullarda “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyərinin eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olduğu, gömrük dəyərinin fakta uyğun olmadığı, gömrük dəyərinin müəyyən edilməsi qaydaları barədə məlumatlar onun diqqətinə çatdırılmış, həmçinin izah edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada təqdim edilmiş bildirişi məhkəmə qaydasında mübahisələndirə bilər.
Gömrük – biznes əməkdaşlığının genişləndirilməsində marağını ifadə edərək Dövlət Gömrük Komitəsi könüllü riayətetmə, habelə malların keyfiyyət parametrlərinə uyğun dəyərlə bəyan edilməsi məsələlərinin diqqətdə saxlanılmasını sahibkarlardan xahiş edir.
Gömrük rəsmiləşdirilməsinin tez və rahat həyata keçirilməsi məqsədilə mal-müşayiət sənədlərinin (müqavilə, invoys, malın haqqının ödənişinə aid bank təsdiq sənədləri, ixrac ölkəsinin bəyannaməsinin surəti və s.) gömrük orqanlarına vaxtında təqdim etmələri sahibkarlara tövsiyə olunur.
(bəyan edilən və eynicinsli malların şəkilləri əlavə edilir).
Qeyd edək ki, Ramil Aslanovun Bakı Baş Gömrük İdarəsində çəkilmiş videosu sosial şəbəklərdə rekordlar qırıb. O videoda tez-tez "Şahin Bağırov, islahat budur?!" deyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























