"Şahdağ" zərərdən xilas ola bilməyib - 6 MİLYONDAN ÇOX XALİS ZƏRƏR
"Şahdağ Turizm Mərkəzi" QSC 2021-ci ili 6 milyon 344 min manat xallis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 16 milyon 855 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə Mərkəzin zərəri 2,7 dəfə azalır.
Marja.az xəbər verir ki, "Şahdağ Turizm Mərkəzi"nin satışdan gəlirləri 2020-ci ildə 8 milyon 350 min manat ikən, 2021-ci ildə 11 milyon 101 min manat təşkil edib.
2020-ci illə müqayisədə 2021-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin inzibati xərcləri 2 dəfəyə yaxın azlaraq 25 milyon 155 min manatdan 14 milyon 653 min manata düşüb. Xərclərin azalması, gəlirlərin isə artması xalis mənfəətin azalmasına səbəb olub.
2021-ci ilin sonunda "Şahdağ Turizm Mərkəzi" QSC-nin yığılmış zərəri 88 milyon 489 min manat təşkil edib.
Qusarda, "Şahdağ" Milli Parkının yaxınlığında yerləşən "Şahdağ" Turizm Mərkəzi il boyu çoxçeşidli əyləncə növləri ilə istirahət təklif edir. Burada müxtəlif səviyyəli hotellər fəaliyyət göstərir.
"Şahdağ Turizm Mərkəzi" QSC 31 dekabr 2021-ci il tarixində 312 milyon 5 min manat cəmi aktivlərə malik olub (2020-ci ilin sonunda 320 milyon 61 min manat).
Qeyd edək ki, 2020 və 2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına görə karantin rejimləri tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























