Azərbaycanlı atletlər Ermənistanı tərk edib
"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub".
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib. Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq.
XXX
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Ermənistanı tərk ediblər.
Marja "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
"Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər", - nazir müavini bildirib.
Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI



















