Artıq fərdi sahibkarlar da SİMA imzadan istifadə edəcəklər - QİYMƏTLƏR
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həlli hazırlanaraq istifadəyə verilib.
Artıq fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstərən sahibkarlar da SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən yararlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olacaqlar.
Belə ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə 3 illik ödənişsiz fərdi sahibkar imza sertifikatı əldə edəcəklər.
Fərdi sahibkar imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi bir aylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib.
SİMA yeni nəsil rəqəmsal imzanın sahibkar həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində elan olunduqdan sonrakı bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək üç aylıq abunə tarifini pulsuz əldə edəcəklər.
SİMA yeni nəsil rəqəmsal imza sahibkarlara limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir.
Bununla da fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər.
Eyni zamanda B2B (business-to-business – biznesdən biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər.
B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar.
Qeyd edilən prosesləri həyata keçirmək üçün fərdi sahibkarlar kommersiya qurumlarından müvafiq sənədi istənilən kommunikasiya alətləri vasitəsilə əldə edib SİMA mobil tətbiqində imzalayaraq eyni üsulla geri göndərə biləcəklər. Eyni proses B2B (biznesdən biznesə) və B2C (biznesdən vətəndaşa) xidmətlərindən yararlanarkən də keçərlidir.
SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradır.
Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq aşağıdakı portallara giriş əldə edirlər:
E-customs portalında:
– İdxal olunan məhsulların bəyan edilməsi;
– Şəxsi hesab e-vərəqəsinə giriş.
E-gov portalında:
– Dövlət elektron xidmətlərindən istifadə (37 portala giriş).
Əmək Münasibətləri və Məşğulluq altsistemində:
– Əmək bildirişlərinin əlavə edilməsi.
Lisenziyalar və icazələr portalında:
– İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi.
Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.
Artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş və fərdi sahibkarlıq fəaliyyəti göstərən hər kəs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq.
Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə səbəb olacaq.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın sima.az rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
4 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
5 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
5 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
5 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
5 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)






.jpg)







