“Muğanbank” yenidən mənfəət əldə edən banklar cərgəsində!
“Muğanbank” ASC 2017-ci ilin birinci yarısını 238,7 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Muğanbank”ın bu ilin 1-ci rübündəki 515.18 min manatlıq xalis mənfəəti, ikinci rübündə 238.73 min manat düşüb.
"Muğanbank" bu ilin 6 ayı ərzində kreditlər üzrə ehtiyyatların yaradılması üçün 8 milyon 151 min manat ayırıb. Ehtiyatlara böyük məbləğdə ayırma Bankın mənfəətini azaldıb.
"Muğanbank" 2016-cı ilin 3 rübünü az da olsa mənfəətlə işləmiş, 4-cü rübdə ehtiyatlara böyük məbləğdə ayırma ilə əlaqədar olaraq ili 14 milyon manatdan çox zərər ilə başa vurmuşdu.
Cari ilin ikinci rübündə birinci rüblə müqayisədə, Bankın aktivəri 465,4 milyon manatdan 407,5 milyon manata, öhdəlikləri 401,6 milyon manatdan 343,9 milyon manata, cəmi balans kapitalı isə 63,8 milyon manatdan 63,52 milyon manata geriləyib.
Bankın kredit portfeli 336,3 milyon manatdan 328 milyon manata, müştəri hesabları isə 194,1 milyon manatdan 167,5 milyon manata geriləyib.
Qeyd edək ki, “Muğanbank” ötən illər yüksək zərərlər etmiş və nəticədə yığılmış zərər 13 milyon manatı keçmişdir. Bu zəzrər Bankın kapitalını azaltmışdı.
30 İyun 2017-ci il tarixində Bankın məcmu kapitalı 66 milyon 386 min manat təşkil etmişdir ki, bu da banklara qarşı 50 milyon manat olan kapital tələbindən çoxdur.
Min manatla
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
21 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
25 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
43 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)








.jpg)





