“Qaradağ”da ilk günəş paneli quraşdırıldı - 500 mindən çox panel quraşdırılacaq
Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə birlikdə qoyuluş gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının tikildiyi əraziyə baxış keçirib.
Səfər zamanı “Masdar” şirkətinin nümayəndələri tərəfindən layihə çərçivəsində müvafiq yolların çəkilməsinin başa çatdırıldığı, günəş panellərinin quraşdırlacağı ərazinin düzləşdirildiyi və kilometrlərlə ərazinin hasarlandığı bildirilib.
Hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş panelinin quraşdırılmasının planlaşdırıldığı, hazırda panellərin tədricən sahəyə gətirildiyi, panellərin təmizlənməsi üçün avtomatlaşdırılmış qurğuların sınaqdan keçirildiyi qeyd edilib.
330/35 kV-luq yarımstansiyanın tikintisinin davam etdirildiyi, tək oxlu günəş izləmə sistemi ilə təchiz olunacaq stansiyanın cari ilin sonuna qədər istismara veriləcəyi vurğulanıb.
Daha sonra energetika naziri və şirkətin baş icraçı direktoru stansiyada ilk günəş panelinin quraşdırılması prosesində və ağacəkmə mərasimində iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 9 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 48 d. əvvəl
-
51 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb







.jpg)








.jpg)








