Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyi açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.
Dövlətimizin başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb.
O qeyd edib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar
"Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə (Qarabağla bağlı – red.) tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq",- İlham Əliyev bildirib.
Dövlətimizin başçısı deyib ki, ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. “Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
“Miatsum” kitabı bağlandı!
Dövlətimizin başçısı deyib: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.
Dövlətimizin başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 d. əvvəl
-
-
19 d. əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 26 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
























