Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib
(®) “Nar”ın Baş icraçı direktoru Qunnar Panke startaplar üzrə milli çempionatında yarışmasında fəxri münsiflər heyətinin üzvü kimi iştirak edib.
Beynəlxalq səviyyədə keçirilən və Miniboss Business School Baku tərəfindən təşkil olunan startaplar üzrə milli çempionatda 6-17 yaş arası istedadlı uşaqlardan və yeniyetmələrdən ibarət komandalar iştirak edib.
Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib oldu. Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Qalib komandalar 16-20 iyul tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin fəxri münsifi Q.Panke müxtəlif tanınmış telekommunikasiya şirkətlərində strateji rəhbər vəzifələrdə çalışmış və 30 ildən artıq zəgin təcrübəsi ilə rabitə sənayesinin beynəlxalq nüfuza sahib eksperti sayılır.
“Nar”ın layihələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
-
47 d. əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
52 d. əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
3 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb

























