"Təhlükə yaranarsa, Rusiya bütün güc və vasitələrdən istifadə edəcək"
"Rusiya, ölkənin mövcudluğuna təhlükə yaranarsa, bütün güc və vasitələrdən istifadə edəcək".
Marja xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin əlavə edib ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi üzrə işlər ilin sonuna qədər tamamlanacaq.
Vladimir Putinin Qərb ölkələrinin Ukraynaya silah və hərbi texnika tədarükü ilə bağlı açıqlamalarından:
- NATO Ukraynadakı müharibəyə cəlb olunub. Rusiya Prezidenti blokdan Kiyevə davamlı olaraq ağır texnikanın çatdırılmasının bunun sübutu olduğunu deyib;
- İyunun 15 və 16-da gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin bir neçə “Leopard” tankı məhv edilib, F-16 qırıcıları Kiyevə verilsə, onları da eyni aqibət gözləyir;
- Kiyevə verilən təyyarələr Ukrayna sərhədlərindən kənarda yerləşən bazalarda yerləşdirilərsə, Rusiya Federasiyası onları necə və harada vuracağına baxacaq;
- Rusiya Qərbin Ukraynaya verdiyi zirehli texnikanın təxminən 30%-ni məhv edib;
- Rusiya Federasiyasının prezidenti Qərbin Ukraynaya verdiyi zirehli texnikanın məhv edilməsinin davam edəcəyinə şübhə etmir.
Putin deyib ki, Ukraynada müharibə 2014-cü ildə Qərb sponsorlarının dəstəyi ilə Kiyev tərəfindən başladılıb.
Putin Ukraynanın Kremlə, Belqorod və digər bölgələrə hücumlarını Rusiya Federasiyasını güclü cavab hərəkətlərinə təhrik etmək cəhdi adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
34 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)






.jpg)




