Böyük hissəsi Babayevlərə məxsus olan 51 milyon manatlıq şirkət 59 min manat qazanc gətirib
İdman-sağlamlıq kompleksini idarə edən "Gənclik" ASC 2022-ci ili 58 min 797 manat mənfəət vergisindən əvvəlki mənfəət ilə başa vurub. ASC 2021-ci ili 60 min 985 manat mənfəət vergisindən əvvəlki zərər ilə bağlamışdı. Şirkətin zərərdən mənfəətə keçməsi gəlirlərinin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Gənclik" ASC-nin əməliyyat fəaliyyətindən gəliri 2021-ci ildə 249 min 52 manat ikən, 2022-ci ildə 467 min 385 manata yüksəlib (1,9 dəfə artıb). Həmçinin ötən il şirkət 111 min 154 manat digər gəlirlər əldə edib (2021-ci ildə 46 min 313 manat)
Xatırladaq ki, 2020-ci ildə "Gənclik" ASC-nin əməliyyat fəaliyyətindən gəlirləri 105 min 937 manat ikən, 2021-ci ildə 249 min 51 manata yüksəlmişdi.
31 Dekabr 2022-ci il tarixində "Gənclik" ASC 51 milyon 265 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 51 milyon 332 min 168 manat cəmi aktivlərə malik idi.
"Gənclik" ASC-nin səhmdarları Babayev Kamal Ələkbər oğlu (41,81%), Babayev Tahir Kamal oğlu (20,85%), Babayeva Rəna Kamal qızı (15%), Əsədulla Çingiz Rauf oğludur (20,85%).
“Gənclik” idman və sağlamlıq kompleksi şəhərin mərkəzində, Gənclik m/st ətrafında yerləşir. Kompleksdə 3 açıq və 2 qapalı tennis kortu, 2 mini futbol meydançası, üzgüçülük hovuzu, idman zalı, VİP otaqlar, saunalar, rahat paltardəyişmə otaqları, təmiz duş otaqları və ailəniz və ya dostlarınızla istirahət edə biləcəyiniz kafe var.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























