Dənizkənarı Bulvar İdarəsi mənfəətlə işləməyə başlayıb
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2022-ci ili 102 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 5 milyon 514 min manat zərərlə çıxmışdı.
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 19 milyon 398 min manat (əvvəlki ilə nisbətən 41,1 % çox), xarici valyuta əməliyyatları gəlirləri 2 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 2 min manat (50,8 dəfə az), insan resursları üzrə xərcləri 11 milyon 325 min manat (0,7 % çox), amortizasiya və köhnəlmə xərcləri 2 milyon 138 min manat (2,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri isə 5 milyon 838 min manat (2,2 dəfə çox), təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359 milyon 416 min manat olub ki, bu da illik müqayisədə 0,4 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,6 % artaraq 14 milyon 655 min manata, balans kapitalı isə 0,3 % artaraq 344 milyon 762 min manata çatıb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 milyon 211 min manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
© “Report”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
47 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət





















